ABŞ Ədliyyə Nazirliyi və Dövlət Departamenti Venesuela prezidenti Nikolas Maduronun həbsi ilə nəticələnəcək məlumat verən şəxsə 50 milyon ABŞ dolları məbləğində mükafat təyin edib. Bu barədə rəsmi video açıqlamanı ABŞ Ədliyyə naziri Pamela Bondi verib.
Redaksiya xəbər verir ki, mükafat proqramı Maduronun beynəlxalq hüquq və ABŞ qanunvericiliyini pozmaqda ittiham olunması fonunda elan edilib. ABŞ hakimiyyəti onu korrupsiya, narkotik qaçaqmalçılığı və digər ağır cinayətlərdə ittiham edir.
Mütəxəssislər hesab edirlər ki, bu addım Vaşinqtonun Karakas administrasiyasına təzyiqini daha da artıracaq. Venesuela tərəfi isə ittihamları rədd edərək bunu siyasi təxribat kimi qiymətləndirib.
Sevinc Kərimova
