ABŞ-dan Türkiyəyə F-35 təklifi

ABŞ-dan Türkiyəyə F-35 təklifi

Sevinc Kərimova · Dünya ·

İsrail hökuməti, ABŞ-a, Türkiyəyə qabaqcıl F-35 döyüş təyyarələrinin satılmasına qarşı çıxdığını bildirib. Bu məsələ, regionda hərbi balansın dəyişməsi ilə bağlı narahatlıqları artırıb.

Redaksiya İsrailin Yedioth Ahronoth mətbuatına istinadla xəbər verir ki, İsrail rəsmiləri, Donald Tramp administrasiyasına, Türkiyəyə F-35-lərin satışı ilə bağlı narahatlıqlarını çatdırıblar. Yedioth Ahronoth qəzetinin məlumatına görə, İsrail, bu satışın, Tel-Əvivin bölgədəki hərbi üstünlüyünə zərər verə biləcəyindən ehtiyat edir. Xəbərdə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı sərt ritorikası da qeyd olunur.

Məlumata görə, Tramp administrasiyası, bu razılaşmanı yenidən nəzərdən keçirir. Bu isə, ABŞ-ın Yaxın Şərqdəki digər ölkələrə qabaqcıl döyüş təyyarələri satma planları fonunda İsrail üçün xüsusilə narahatedicidir. Baş nazir Benyamin Netanyahunun da bu məsələni parlamentdə müzakirəyə çıxardığı və satışın qarşısını almaq üçün diplomatik səylərin davam etdirildiyi bildirilir.

Xəbərdə, ABŞ-ın Türkiyəyə F-35-ləri satmağa hazır olduğu vurğulanır. İsrail, Tramp və Ərdoğan arasındakı yaxın münasibətlərdən də narahatdır. Trampın, Netanyahu ilə birgə mətbuat konfransında Ərdoğana heyranlığını ifadə etməsi və "Suriya məsələsində Türkiyə ilə yaşadığınız hər hansı problemi həll edə bilərəm" deməsi də diqqəti çəkib.

Məqalədə, ABŞ Dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında mütəmadi görüşlərin keçirildiyi və Trampın Ərdoğanla birbaşa əlaqə saxladığı da qeyd olunur. Həmçinin, Trampın, Türkiyənin S-400-ləri işləməz hala gətirəcək bir razılaşma əldə etməsi halında F-35-lərin satışına razı ola biləcəyi də bildirilir.

Sevinc Kərimova