ABŞ Çinə qarşı tətbiq edilən çip qadağasını ləğv etdi

ABŞ Çinə qarşı tətbiq edilən çip qadağasını ləğv etdi

Fərid Əlizadə · Texnologiya ·

ABŞ hökuməti Çinə tətbiq edilən çip dizayn proqram təminatı üzrə ixrac məhdudiyyətlərini aradan qaldırıb.

Redaksiya xəbər verir ki, dünyanın aparıcı yarımkeçirici proqram təminatı istehsalçıları olan Siemens AG, SynopsysCadence şirkətləri bununla bağlı rəsmi açıqlama veriblər.

Şirkətlərin məlumatına görə, ABŞ Ticarət Nazirliyi tərəfindən onlara rəsmi məktub göndərilib və məhdudiyyətlərin ləğv olunduğu bildirilib.

Ekspertlər hesab edir ki, bu qərar ABŞ və Çin arasında ticarət sahəsində mövcud olan gərginliyin yumşalması və potensial texnoloji barışığın başlanğıcı kimi qiymətləndirilə bilər. Bununla belə, digər texnoloji sahələrdə məhdudiyyətlərin hələ də qüvvədə olduğu vurğulanır.

Fərid Əlizadə