ABŞ administrasiyası bildirir ki, Alibabanın Çin hərbi strukturları ilə mümkün əlaqələri araşdırılmalı və şirkət müvafiq siyahıya əlavə edilməlidir.
Redaksiya xəbər verir ki, Vaşinqtonun bu mövqeyi ABŞ-Çin rəqabətinin texnoloji və iqtisadi sahələrdə daha da dərinləşdiyini göstərir.
ABŞ rəsmiləri qeyd edirlər ki, Çində fəaliyyət göstərən iri texnologiya şirkətlərinin dövlət strukturları ilə əlaqələrinin dəqiq qiymətləndirilməsi milli təhlükəsizlik baxımından prioritet hesab olunur. Bu çərçivədə Alibabanın fəaliyyəti üzrə əlavə araşdırmaların aparılması nəzərdə tutulur.
Məsələ ilə bağlı Çinin rəsmi dairələrindən ilkin reaksiya verilməsə də, Pekinin bu addımı iqtisadi təzyiq kimi qiymətləndirə biləcəyi ehtimal olunur.
