ABŞ Albaneseni sanksiya siyahısından çıxardı

ABŞ Albaneseni sanksiya siyahısından çıxardı

Könül Məmmədova · Media ·

ABŞ Maliyyə Nazirliyi Françeska Albanesi xüsusi sanksiya siyahısından çıxarıb.

Redaksiya xəbər verir ki, qərar ABŞ məhkəməsinin Albanesə qarşı tətbiq olunan sanksiyaların onun söz azadlığı hüquqlarını pozduğu barədə qərarından sonra qəbul edilib.

Albanes daha əvvəl Qəzzada İsrail rəsmilərinin hərəkətləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırma aparılmasına çağırış etdiyi üçün sanksiyaya salınmışdı.

ABŞ Maliyyə Nazirliyinin qərarı ilə onun adı Specially Designated Nationals siyahısından çıxarılıb.

Bu addım ABŞ-da sanksiya siyasəti, ifadə azadlığı və İsrailin Qəzzadakı əməliyyatları ilə bağlı hüquqi müzakirələri yenidən gündəmə gətirib.