Abbas Əraqçi İstanbulda: Düşmənin təcavüzünə qarşı güclü bəyanat gözləyirik

Abbas Əraqçi İstanbulda: Düşmənin təcavüzünə qarşı güclü bəyanat gözləyirik

Sevinc Kərimova · Siyasət ·

Hazırda İslam ölkələrinin xarici işlər nazirləri İstanbulda bir araya gəlib. İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısında iştirak etmək üçün İstanbula səfərə gedib.

Redaksiya xəbər verir ki, IRIB adlı İran mətbuatına danışan Əraqçi bildirib ki; “Bu iclas ölkəmizə qarşı düşmənin həyata keçirdiyi təcavüz fonunda təcili olaraq çağırılıb və biz iştirakçılardan bu hücumu qətiyyətlə pisləyən, güclü və təsirli bir yekun bəyanat gözləyirik.”

Nazir əlavə edib ki, səfər çərçivəsində Türkiyə prezidenti, İƏT-in Baş katibi və tədbirdə iştirak edən digər ölkələrin xarici işlər nazirləri ilə ayrıca görüşlər də keçirəcək.

“Bu fürsətdən istifadə edərək İran xalqının legitim müdafiəsinin səsini beynəlxalq aləmdə eşitdirməyə çalışacağıq,” – deyə Abbas Əraqçi vurğulayıb. O, regionda sabitliyin yalnız təcavüzkar siyasətlərə qarşı ortaq və prinsipial mövqe ilə təmin edilə biləcəyini qeyd edib.

Sevinc Kərimova