4 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edildi - ÖZƏL

4 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edildi - ÖZƏL

Aytac Dəniz · Cəmiyyət ·

Ədliyyə nazirinin müvafiq əmri ilə Nazirliyin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elgiz İsmailov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Bu barədə Redaksiya-nın sorğusuna əsasən Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, həmin vəzifənin icrası müvəqqəti olaraq 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Vaqif İsmayılova həvalə edilib.