2025-ci ilin ən güclü geomaqnit fırtınasından Yerə zərbə — G5 səviyyəsi təsdiqlənib

2025-ci ilin ən güclü geomaqnit fırtınasından Yerə zərbə — G5 səviyyəsi təsdiqlənib

Sevinc Kərimova · Hadisə ·

Yer üzündə qeydə alınan və NASA ilə ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tərəfindən G5 – ən yüksək səviyyəli geomaqnit fırtına olaraq təsnif edilən hadisə texnologiyanın nə dərəcədə həssas olduğunu bir daha göstərib. Hadisə zamanı geniş ərazilərdə şimal işıqları (auroralar) müşahidə edilsə də, infrastruktura və rabitə sistemlərinə ciddi risklər yaranıb.

Redaksiya beynəlxalq xəbər agentliklərinə istinadla xəbər verir ki, qütb zonalarına yönəlmiş hava yolları radioaktivlik riski səbəbilə müvəqqəti yollarını dəyişməli olublar. Bir sıra peyklərdə rabitə və yerləşmə sistemlərində (GPS) pozuntular baş verib. Yer səthində isə geomaqnit fırtına səbəbindən yaranan CİC (geomaqnitlə induksiya olunmuş cərəyanlar) qüvvətləri elektrik şəbəkələrində transformatorların sıradan çıxması və kütləvi elektrik kəsintiləri riskini artırıb.

Mütəxəssislər bu cür ekstremal geomaqnit hadisələrinin nadir olsa da, təsirləri geniş ola biləcəyini vurğulayırlar və növbəti fırtınalara qarşı enerji, rabitə və nəqliyyat sistemlərinin hazırlıqlı olmasının vacibliyini qeyd edirlər.