20 May – Ümumdünya Travmatoloqlar Günüdür

20 May – Ümumdünya Travmatoloqlar Günüdür

Aytac Dəniz · Səhiyyə ·

Ölkəmizdə travmatoloji sahə üzrə xidmət göstərən onlarla xəstəxana, yüzlərlə həkim var.

Redaksiya xəbər verir ki, hər il bu sahə üzrə bir sıra yeniliklər həyata keçirilir ki, onlardan biri də Respublika Klinik Xəstəxanasının Travmatologiya-ortopediya şöbəsi ilə bağlıdır. Bir il bundan əvvəl – 20 may tarixində burada endoprotez əməliyyatlarına başlanılıb.
Respublika Klinik Xəstəxanasının Travmatologiya-ortopediya şöbəsində son bir ildə 100-dən çox şəxs üzərində endoprotez əməliyyatı uğurla icra olunub.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində baş tutan əməliyyatlar həm diz, həm də bud-çanaq oynaqlarında uğurla icra olunub. Həyata keçirilən bütün cərrahi müdaxilələr yüksək peşəkarlıqla aparılıb və əməliyyatlar zamanı heç bir ağırlaşma halı qeydə alınmayıb.

Müasir-tibbi avadanlıqlarla təchiz olunan 24 çarpayılıq şöbədə 8 həkim-travmatoloq fəaliyyət göstərir. Şöbədə qısa müddət ərzində çiyin oynağında endoprotez əməliyyatlarına və endoskopik cərrahi müdaxilələrə start verilməsi planlaşdırılır.
Qeyd edək ki, Respublika Klinik Xəstəxanası ilə yanaşı, TƏBİB-in tabeliyində fəaliyyət göstərən digər tibb müəssisələrində də sözügedən istiqamətlərdə çoxsaylı işlər görülür. Hətta regionlarda travmatoloji mərkəzlərin yaradılmasına başlanılıb. Quba Regional Travmatoloji Mərkəzin ardınca ölkənin digər regionlarında da bu cür mərkəzlərin yaradılması nəzərdə tutulur.