11 ölkə Suriyanın suverenliyinə dəstəklərini açıqladı

11 ölkə Suriyanın suverenliyinə dəstəklərini açıqladı

Sevinc Kərimova · Siyasət ·

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Türkiyə, İordaniya, İraq, Oman, Qətər, Küveyt, Livan və Misir Suriyanın suverenliyi ilə bağlı birgə bəyanat yayıblar.

Redaksiya xəbər verir ki, bəyanatda bu ölkələr Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə olan dəstəklərini bir daha vurğulayıblar. Bildirilib ki, Suriyanın daxili işlərinə hər cür xarici müdaxilə qətiyyətlə rədd edilir.

Qeyd edək ki, dünən 11 ölkə birgə bəyanatla İsrailə qarşı müxtəlif embarqolar tətbiq etdiklərini açıqlamışdılar.

Sevinc Kərimova